Şirkət tərəfindən həyata keçirilən işlər:

  1. Texniki və texnoloji sənədlərin hazırlanması;
  2. Mövcud olan gəmilərin və digər üzən qurğuların layihələndirilməsi və müvafiq hesabatların yerinə yetirilməsi
  3. Mövcud olan gəmilərin və digər üzən qurğuların layihələndirilməsi zamanı texniki sənədləşmənin hazırlanması;
  4. “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın” və “Dənizin gəmilərdən çirklənməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiyanın” tələblərinə uyğun olaraq rəhbər sənədlərin hazırlanması;
  5. Şirkətin öz ehtiyatları hesabına və yaxud istehsalçılardan və digər mənbələrdən alınmış yanacaq, sütrgü yağları, su, ehtiyyat hissələri, ərzaq və texniki məhsullar ilə gəmilərin təchiz edilməsi;
  6. Gəmi gövdələrinin dokda və suda təmizlənməsi və boyanması, gəminin val xətlərinin, hərəkətəgətiricilərinin və gövdə armaturlarının təmiri;
  7. Təsnifat Cəmiyyətlərinin tapşırığı ilə gəmilərdə və gəmiçilik şirkətlərində yoxlamalar həyata keçirmək;
  8. Təsnifat Cəmiyyətlərinin Azərbaycan Respublikasında fəaliyyətlərini əlaqələndirmək və müvafiq sənədlərin hazırlanmasına köməklik göstərmək;
  9. Gəminin gödəsinin qalınlığının ölçülməsi və defektasiyası.
  10. Gəmilərin mexaniki avadanlıqlarının müayinəsi və təmiri;
  11. Gəmi sistem borularının müayinəsi və təmiri;
  12. Gəmilərin qazan və təzyiq altında işləyən avadanlıqlarının müayinəsi və təmiri;
  13. Yükqaldırıcı qurğuların müayinəsi və təmiri;
  14. Gəmilərin elektrik avadanlıqlarının müayinəsi və təmiri;
  15. Gəmi avadanlıqlarının və avtomatlaşdırma qurğuların müayinəsi, təmiri və tənzimlənməsi;
  16. Layihə-texniki sənədlərin tərtibatı.