“QLOBAL DƏNİZÇİLİK RESURSLARI” şirkəti olaraq, Sizi tərəfimizdən göstərilən xidmətlərlə tanış etmək istərdik. Dənizçilik sahəsində təqdim etdiyimiz xidmətlər aşağıda göstərilən fəaliyyət sahələrini əhatə edir:

  • Gəminin Dövlət Bayrağı (müfaviq xarici dövlətin qanunvericiliyinə uyğun olaraq gəmi reyestrində qeydiyyatdan keçən və onun bayrağı altında üzən gəmi) və Beynəlxalq tələblər üzrə dəniz konsultinq xidmətləri;
  • Gəminin Azərbaycan Respublikasının dövlət qeydiyyatına salınması və gəmi reyestrinə daxil edilməsi məqsədilə gəmidə hazırlıq işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması ilə əlaqəli xidmətlər;
  • Reyestrdə qeydiyyatdan keçmiş gəminin sahibinin, adının, məlumat və rekvizitlərinin dəyişdirilməsi təqdirində onun yenidən qeydiyyata alınması və reyestrə daxil edilməsi üzrə xidmətlər;
  • Gəmidə ilkin qeydiyyatla əlaqədar təftişin həyata keçirilməsi;
  • Gəminin ipotekaya götürülməsi ilə əlaqədar sənədlərin hazırlanması;
  • Gəmidə, onun heyət və strukturunda hər hansı bir dəyişikliklə əlaqədar milli qanunvericilik və beynəlxalq sazişlərin tələblərinə müvafiq olaraq təklifin hazırlanması və təqdim edilməsi;
  • Milli qanunvericilik tələblərinə uyğun olaraq və İMO (Beynəlxalq Dəniz Təşkilatı) Aktlarına (SOPEP – “Neftlə çirklənməyə qarşı gəmi fövqəladə mübarizə planı”, SMPEP -“Çirkləndirici elementlərə, zərərli maye maddələrə qarşı gəmi fövqəladə mübarizə planı”, SSP- “Gəmi mühafizə planı”, SMS –“Təhlükəsizlik üzrə nəzarət sistemi”, GMP – “Məişət tullantılarının idarə edilməsi planı” və digər aktlar) mütabiq olaraq dənizçiliyi əhatə edən sahələrə aid planların, təlimatların, göstərişlərin və direktivlərin hazırlanması”;
  • İMO (Beynəlxalq Dəniz Təşkilatı), İLO (Beynəlxalq Əmək Təşkilatı) konvensiyalarına və tövsiyyələrinə və milli qanunvericiliyə uyarlılığını təsdiq etmək məqsədilə gəmidə daxili təftişin təşkili;
  • Gəmilərin Bayraq Dövlət təftişininin təşkili üçün hazırlanması;
  • Müxtəlif müqavilələrin hazırlanması və tərtib edilməsi, onlara baxılması, müqailə şərtlərinin müzakirə edilməsi;
  • Mediasiya xidmətinin, o cümlədən:
  • Dəniz və dəniz ticarəti hüququ;
  • Tikinti üzrə mübahisələrin həlli;
  • Əmək hüququ;
  • Offşor gəmi ekipajının peşəkar keyfiyyətlərinin qiymətləndirilməsi;
  • Kadrların seçilməsi və yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi.
  • Şirkətimiz dənizçilər üçün peşəkar ingilis dilinin tədrisi istiqamətindədə fəaliyyət göstərir:
  • Dənizçilər və gəmi ekipajı üçün Marlins – ixtisaslaşdırılmış ingilis dili testlərinin təşkili;(işlənilmə mərhələsindədir /tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
  • Dənizçilər üçün ümumi ingilis dili kurslarının təşkili;
  • Gəmilərdə texniki-xidmət işlərinin aparılması, onların yararlılığının və etibarlılığının yoxlanılması, offşor gəmilərində, yedək-təchizat gəmilərində və qazma işləri aparan gəmilərdə dinamik pozisiyalaşdırılma sisteminin təşkili, bütün növ offşor, yedək-təchizat və qazma işləri aparan gəmilərdə FMEA (Xətaların xarakteri və onların təsirlərinin təhlili) xidmətlərinin göstərilməsi, sınaq və auditin aparılması; (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
  • Avadanlığın və yükün gəmiyə yüklənilməsindən əvvəl və yüklənmədən sonra yoxlanılması və sifarişçinin iştirakı ilə sınaqların aparılması üzrə xidmətlərin həyata keçirilməsi; (işlənilmə mərhələsindədir /tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
  • Təhlükəsizliyin qiymətləndirilməsi üzrə təftişin həyata keçirilməsi; (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
  • Gəmilərin texniki vəziyyətinin tədqiq edilməsi və onların verilmiş tələblərə müvafiq olaraq istismara yararlılığı üzrə sınaqların aparılması (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim olunacaqdır.)
  • Dənizdə baş verən gözlənilməz halların və qəzaların araşdırılması;
  • Xilasetmə xidmətlərinin göstərilməsi – gəmilərin yanalma dirəyinə bərkidilməsi üzrə sınaqların keçirilməsi (gəmilərin burazla bollarda çəkilməsi üzrə sınaqların keçirilməsi) və gəmi yüklənmələri üzrə testlərin keçirilməsi, müvafiq monitorinqin aparılması;