“QLOBAL DƏNİZÇİLİK RESURSLARI” şirkəti olaraq, Sizi tərəfimizdən göstərilən xidmətlərlə tanış etmək istərdik. Dənizçilik sahəsində təqdim etdiyimiz xidmətlər aşağıda göstərilən fəaliyyət sahələrini əhatə edir:
- Gəminin Dövlət Bayrağı (müfaviq xarici dövlətin qanunvericiliyinə uyğun olaraq gəmi reyestrində qeydiyyatdan keçən və onun bayrağı altında üzən gəmi) və Beynəlxalq tələblər üzrə dəniz konsultinq xidmətləri;
- Gəminin Azərbaycan Respublikasının dövlət qeydiyyatına salınması və gəmi reyestrinə daxil edilməsi məqsədilə gəmidə hazırlıq işlərinin aparılması və müvafiq sənədlərin hazırlanması ilə əlaqəli xidmətlər;
- Reyestrdə qeydiyyatdan keçmiş gəminin sahibinin, adının, məlumat və rekvizitlərinin dəyişdirilməsi təqdirində onun yenidən qeydiyyata alınması və reyestrə daxil edilməsi üzrə xidmətlər;
- Gəmidə ilkin qeydiyyatla əlaqədar təftişin həyata keçirilməsi;
- Gəminin ipotekaya götürülməsi ilə əlaqədar sənədlərin hazırlanması;
- Gəmidə, onun heyət və strukturunda hər hansı bir dəyişikliklə əlaqədar milli qanunvericilik və beynəlxalq sazişlərin tələblərinə müvafiq olaraq təklifin hazırlanması və təqdim edilməsi;
- Milli qanunvericilik tələblərinə uyğun olaraq və İMO (Beynəlxalq Dəniz Təşkilatı) Aktlarına (SOPEP – “Neftlə çirklənməyə qarşı gəmi fövqəladə mübarizə planı”, SMPEP -“Çirkləndirici elementlərə, zərərli maye maddələrə qarşı gəmi fövqəladə mübarizə planı”, SSP- “Gəmi mühafizə planı”, SMS –“Təhlükəsizlik üzrə nəzarət sistemi”, GMP – “Məişət tullantılarının idarə edilməsi planı” və digər aktlar) mütabiq olaraq dənizçiliyi əhatə edən sahələrə aid planların, təlimatların, göstərişlərin və direktivlərin hazırlanması”;
- İMO (Beynəlxalq Dəniz Təşkilatı), İLO (Beynəlxalq Əmək Təşkilatı) konvensiyalarına və tövsiyyələrinə və milli qanunvericiliyə uyarlılığını təsdiq etmək məqsədilə gəmidə daxili təftişin təşkili;
- Gəmilərin Bayraq Dövlət təftişininin təşkili üçün hazırlanması;
- Müxtəlif müqavilələrin hazırlanması və tərtib edilməsi, onlara baxılması, müqailə şərtlərinin müzakirə edilməsi;
- Mediasiya xidmətinin, o cümlədən:
- Dəniz və dəniz ticarəti hüququ;
- Tikinti üzrə mübahisələrin həlli;
- Əmək hüququ;
- Offşor gəmi ekipajının peşəkar keyfiyyətlərinin qiymətləndirilməsi;
- Kadrların seçilməsi və yerləşdirilməsi üzrə xidmətlərin göstərilməsi.
- Şirkətimiz dənizçilər üçün peşəkar ingilis dilinin tədrisi istiqamətindədə fəaliyyət göstərir:
- Dənizçilər və gəmi ekipajı üçün Marlins – ixtisaslaşdırılmış ingilis dili testlərinin təşkili;(işlənilmə mərhələsindədir /tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
- Dənizçilər üçün ümumi ingilis dili kurslarının təşkili;
- Gəmilərdə texniki-xidmət işlərinin aparılması, onların yararlılığının və etibarlılığının yoxlanılması, offşor gəmilərində, yedək-təchizat gəmilərində və qazma işləri aparan gəmilərdə dinamik pozisiyalaşdırılma sisteminin təşkili, bütün növ offşor, yedək-təchizat və qazma işləri aparan gəmilərdə FMEA (Xətaların xarakteri və onların təsirlərinin təhlili) xidmətlərinin göstərilməsi, sınaq və auditin aparılması; (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
- Avadanlığın və yükün gəmiyə yüklənilməsindən əvvəl və yüklənmədən sonra yoxlanılması və sifarişçinin iştirakı ilə sınaqların aparılması üzrə xidmətlərin həyata keçirilməsi; (işlənilmə mərhələsindədir /tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
- Təhlükəsizliyin qiymətləndirilməsi üzrə təftişin həyata keçirilməsi; (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim ediləcəkdir.)
- Gəmilərin texniki vəziyyətinin tədqiq edilməsi və onların verilmiş tələblərə müvafiq olaraq istismara yararlılığı üzrə sınaqların aparılması (işlənilmə mərhələsindədir/tezliklə ixtiyarınıza təqdim olunacaqdır.)
- Dənizdə baş verən gözlənilməz halların və qəzaların araşdırılması;
- Xilasetmə xidmətlərinin göstərilməsi – gəmilərin yanalma dirəyinə bərkidilməsi üzrə sınaqların keçirilməsi (gəmilərin burazla bollarda çəkilməsi üzrə sınaqların keçirilməsi) və gəmi yüklənmələri üzrə testlərin keçirilməsi, müvafiq monitorinqin aparılması;